"Strateji valyuta ehtiyatı 68,5 milyard dollara çatıb” - Mərkəzi Bank

 "Strateji valyuta ehtiyatı 68,5 milyard dollara çatıb” -    Mərkəzi Bank
  31 Yanvar 2024    Oxunub:1886
Azərbaycanda strateji valyuta ehtiyalı 17% artaraq 68,5 mlrd. dollara çatıb.
AzVision.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bakının sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, Mərkəzi Bankın valyuta ehtiyatlarında isə 29,1% artım müşahidə olunub.

"Tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 2023-cü il üzrə 9-10 mlrd. manat, 2024-2025-ci illərdə 7,5 mlrd. manat proqnozlaşdırılıb".

Sədr onu da əlavə edib ki, 2024-cü illə bağlı proqnozlara əsasən ölkədə iqtisadi artım 3-3,5 faiz olacaq. Onun sözlərinə görə, 2025-ci ildə ÜDM-in artım proqnozu 3-4% həcmində proqnozlaşdırılır.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti