ABŞ-ın strateji neft ehtiyatının səviyyəsi aşağı düşüb

ABŞ-ın strateji neft ehtiyatının səviyyəsi aşağı düşüb
  05 Fevral 2024    Oxunub:1147
“Dünyadakı qeyri-sabit vəziyyəti nəzərə alaraq ABŞ-ın neft ehtiyatları çox aşağıdır”.
Bu barədə Amerika Neft İnstitutunun (API) rəhbəri Mayk Sommers S&P Global-a müsahibəsində bildirib. “Dünyadakı bütün qeyri-sabitliyi nəzərə alaraq, biz strateji neftin ehtiyatının böyük həcmdə olmasına üstünlük verərdik. Bugünkü geosiyasi riskləri nəzərə alsaq, buna ehtiyacımız ola bilər”, o qeyd edib.

Onun fikrincə, ABŞ Energetika Nazirliyi neft ehtiyatlarını kifayət qədər ləng doldurur. Bu arada ölkədə neft ehtiyatlarının səviyyəsi indi yanacaq sərfinin 20% az olduğu 1983-cü ildəkindən aşağıdır.

ABŞ-ın strateji ehtiyatı 2021-ci ilin sentyabrından keçən ilin əvvəlinə qədər davamlı olaraq azalıb. 2023-cü ilin yanvar ayından mart ayına qədər bu rəqəm dəyişməz qalıb, sonra yenidən düşməyə başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti