Türkiyə Rusiya qazına endirim istəyir

   Türkiyə Rusiya qazına endirim istəyir
  05 Fevral 2024    Oxunub:1397
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı rəsmi Ankara Moskva ilə təbii qaza endirimlər məsələsini müzakirə etməyi planlaşdırır.
Bu barədə TASS yerli diplomatik mənbəyə istinadən məlumat yayıb. Agentliyin həmsöhbəti vurğulayıb ki, Türkiyə Rusiya qazının etibarlı istehlakçısıdır və həmişə də olub.

“Türkiyə rəsmiləri qaz qovşağı yaratmaq planları barədə danışarkən daha münasib qiymətlərə ümid etdiklərini söyləyiblər. Bunun Rusiya prezidentinin Türkiyəyə səfərinə hazırlıqla bağlı danışıqlarda müzakirə edilməsi planlaşdırılır”.

Mənbənin sözlərinə görə, bu razılaşma Ankarada əldə oluna bilər. O qeyd edib ki, yanvar ayında Türkiyənin “Botaş” dövlət neft-qaz şirkətinin nümayəndə heyəti qovşağın yaradılması ilə bağlı danışıqlar aparmaq üçün Rusiyaya səfər edib.


AzVision.az


Teqlər:





Xəbər lenti