Tovuzda serebral iflic xəstəsi qızılcadan ölüb

   Tovuzda serebral iflic xəstəsi qızılcadan ölüb
  05 Fevral 2024    Oxunub:1867
Ötən gün (04.02.2024 - Qeyd) saat 12:22 radələrində Tovuz rayonu Qədirli kənd sakini 2014-cü il təvəllüdlü İsmayılov Yusif Raul oğlu Tovuz MRX Təcili yardım şöbəsinə yerləşdirilib.
TƏBİB bildirilib ki, xəstə daxil olarkən vəziyyəti ağır olub. Uşaq, həmçinin serebral iflic xəstəsi olub. Saat 13:20 radələrində Yoluxucu xəstəliklər şöbəsinə köçürülüb. Vəziyyəti ağırlaşdığına görə müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Bütün görülən tədbirlərə baxmayaraq, xəstə saat 14:50 radələrində ağırlaşmış qızılca və pnevmoniya səbəbindən dünyasını dəyişib.

AzVision.az



Teqlər:





Xəbər lenti