33 kiloqram narkotik vasitə ələ keçirilib

33 kiloqram narkotik vasitə ələ keçirilib
  10 Fevral 2024    Oxunub:1621
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə daxil olmuş 33 kiloqram narkotik vasitə, psixotrop maddə və həblərin paytaxt ərazisinə çatdırılaraq burada realizə olunmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Ərçivan qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı Bakı şəhər sakini, hazırda narkotiklərin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, dövlət sərhəddini qanunsuz keçmə maddələri ilə axtarışda olan, əvvəllər isə Cinayət Məcəlləsinin oğurluq, xuliqanlıq, əmlakı qəsdən məhvetmə və ya zədələmə, hədə-qorxu ilə tələbetmə və digər maddələrilə məhkum olunmuş Aqil Şirəliyev "Chevrolet Nexia" markalı avtomobildə saxlanılıb.

Həmin nəqliyyat vasitəsinin yük yerindən A.Şirəliyevə məxsus iki ədəd torbadan umumilikdə 15 kiloqram heroin, 16 kiloqram marixuana, 2 kiloqram metamfetamin və 1000 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Saxlanılan şəxsin ölkəyə İrandan qaçaqmalçılıq yolu gətirilmiş həmin narkotik vasitələri pul qarşılığında paytaxt ərazisinə çatdırmaq üçün əldə etdiyi müəyyən edilib. A.Şirəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən Astara rayonunda son 1 ay ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində 11 ədəd müvafiq sənədləri olmadan qanunsuz saxlanılan ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
AzVision.az

Qalereya




Teqlər: Polis  





Xəbər lenti