Vətəndaşlara 3 milyondan çox ziyan vuranlar ələ keçdi

Vətəndaşlara 3 milyondan çox ziyan vuranlar ələ keçdi
  16 Fevral 2024    Oxunub:1145
Xaçmazda vətəndaşların etibarından sui-istifadə edərək, onlara 3 milyon manatdan artıq ziyan vuran şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AzVision.az -a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini Könül Müzəffərovanı saxlayıb. Könül Müzəffərova uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək, onların ümumilikdə 55 min manat pulunu ələ keçirib.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Ceyhun Əsgərov da saxlanılıb. O, bir neçə şəxsin etibarından sui-istifadə etməklə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirib və beləliklə zərərçəkmişlərə, ümumilikdə 3 milyon manatdan artıq zərər vurub.

Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

AzVision.az


Teqlər:





Xəbər lenti