Meyxanaçı Samirənin milyonluq evi - FOTOLAR

Meyxanaçı Samirənin milyonluq evi - FOTOLAR
  25 İyun 2014    Oxunub:1498
Meyxanaçı Samirə Buzovnada yerləşən bağ evinin qiymətini açıqlayıb.
AzVision.az axşam.az-a istinadən xəbər verir ki, “Şou+” verilişində qonaq olan sənətçi “deyirlər, bağınızın 1 milyon qiyməti var” sualına belə cavab verib:

“Bağımın həyəti 1 hektardı. Bu ərazidə torpağın 1 sotu on min manatdır. İçindəki tikililəri də nəzərə alsaq, iki-üç milyona qədər qiyməti var. Birinci mərtəbədə qardaşım ailəsi ilə qalır, ikincidə isə biz. Həyətimdə feyxoa ağacından tutmuş, palmaya kimi var”.

Samirənin Çita adlı meymunu və göyərçinləri olduğu da ortaya çıxıb:

“Meymunumu Oktay Kamilə oxşadıram. Oktay elə bilməsin ki, yanımda olmayanda onun üçün darıxıram. Çita onu əvəz edir. Göyərçinlərimi isə İrandan gətirtmişəm, özü də baha qiymətə”.

Qalereya




Teqlər:





Xəbər lenti