Məktəblilərdən biabırçı hərəkət: DİN araşdırmaya başladı

   Məktəblilərdən biabırçı hərəkət:   DİN araşdırmaya başladı
  19 Fevral 2024    Oxunub:3099
Xəzər rayonu 156 nömrəli tam orta məktəbinin şagirdləri tərəfindən 9-cu sinifdə oxuyan qıza bullinq edilib. Bununla bağlı video sosial şəbəkələrdə yayılıb.
Məktəblilər yeniyetmə qızın başına yumurta çırpıb, saçını kəsib və alnına qeyri- etik söz yazıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, görüntülərlə bağlı məlumatlıdırlar və araşdırma aparılır: "Yayılan məlum videogörüntülərdən məlumatlıyıq. Nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaq".

Hadisə ilə bağlı 156 nömrəli tam orta məktəb də məlumat yayıb. Məlumatda deyilir ki, məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib. Məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.

Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir.



AzVision.az


Teqlər:





Xəbər lenti