Azərbaycanın turizm imkanları MDB ölkələrində tanıdılır
Görüşlər zamanı Azərbaycanda yaz-yay turizm mövsümü, Bakı və regionlarda fəaliyyət göstərən hotellər, müalicəvi kurortlar təbliğ edilib. Həmçinin görüş iştirakçılarına ölkəmizdə keçiriləcək konsertlər və bu növ irimiqyaslı tədbirlər, Bakı və Bakıətrafı mədəni irs obyektlərinə ekskursiyalar haqqında məlumat verilib.
Silsilə tədbirlər fevralın 23-də Özbəkistanın Daşkənd, fevralın 26-da Qazaxıstanın Almatı və 29 fevral - 1 mart tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçiriləcək. Əsasən lüks turizm məhsullarının təklifinə istiqamətlənən tədbir çərçivəsində Rusiya, Qazaxıstan və Özbəkistanda fəaliyyət göstərən 60-dan çox şirkətlə B2B formatlı görüşlər təşkil ediləcək. Görüşlərdə Azərbaycan Turizm Bürosu ilə yanaşı, "Şahdağ" Turizm Mərkəzi də təmsil olunacaq.
“Luxury Travel Mart (Spring edition)"da beşulduzlu hotellər və kurortlar, elit avtomobil, kruiz, yaxta və şəxsi təyyarələrin kirayəsi üzrə ixtisaslaşmış şirkətlər, destinasiya menecmenti təşkilatları və lüks istiqamətli turoperatorlar iştirak edirlər.
AzVision.az
Teqlər: