Fransa və İsveçrə qrupdan çıxdı - FOTOLAR

Fransa və İsveçrə qrupdan çıxdı - FOTOLAR
  26 İyun 2014    Oxunub:1204
Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatının “E” qrupunda mübarizə başa çatıb.
AzVision.az xəbər verir ki, “Amazoniya” stadionunda Honduras İsveçrə yığması ilə qarşılaşıb. Argentinalı baş hakim Nestor Pitananın idarə etdiyi görüşdə İsveçrə komandası Honduras millisini 3:0 hesabı ilə məğlub edib. Beləliklə İsveçrə millisi də 1/8 finala vəsiqəni təmin edib.

“Marakana” stadionunda isə Fransa və Ekvador yığmaları görüşüblər. Fil Dişi Sahilindən olan baş hakim Numandyez Duenin idarə etdiyi və qarşılıqlı hücumlar şəraitində keçən görüş 0:0 hesabı ilə heç-heçə başa çatıb. Xalını 7-ə çatdıran fransızlar qrup lideri kimi 1/8 finala adlayıb. Ekvador isə mundialla vidalaşıb.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti