Azərbaycan nefti ucuzlaşıb

   Azərbaycan nefti ucuzlaşıb
  27 Fevral 2024    Oxunub:883
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,10 ABŞ dolları, yaxud 0,12 % azalaraq 86,01 ABŞ dolları təşkil edib.
AzVision.az xəbər verir ki, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 82,52 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti