“Sahra Baku” restoranında nöqsanlar aşkarlandı, sahibkar cəzalandırıldı

“Sahra Baku” restoranında nöqsanlar aşkarlandı,    sahibkar cəzalandırıldı
  27 Fevral 2024    Oxunub:908
Mediada yayılmış məlumatın yerində araşdırılması məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3, mənzil 15 ünvanında fəaliyyət göstərən “Sahra Baku” restoranında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yoxlama keçirilib.
AQTA-dan verilən xəbərə görə, baxış zamanı ictimai iaşə müəssisəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən olunub.

Belə ki, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, həmçinin üzərində etiket məlumatları qeyd olunmayan, kiflənmə əlamətləri müəyyən olunan məhsulların satışının həyata keçirildiyi aşkar edilib. Həmin məhsullar satışdan kənarlaşdırılıb, sınaq məqsədi ilə məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti