Azərbaycan-Xorvatiya biznes forumu baş tutub
Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebiç və Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov ticarət və investisiyalar, o cümlədən kənd təsərrüfatı və energetika sahələrində iki ölkə arasında müxtəlif istiqamətlər üzrə potensialın mövcud olduğunu qeyd ediblər. Bildirilib ki, müxtəlif formatlarda keçirilən görüşlər və tədbirlər işgüzar dairələr arasında əməkdaşlığın möhkəmlənməsinə böyük töhfə verəcək.
Forumda ölkələr arasında ticarət və investisiya tərəfdaşlığının inkişafı imkanlarına dair müzakirələr aparılıb, sahibkarlar arasında ikitərəfli görüşlər keçirilib.
Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, qida sənayesi, tikinti, ticarət, energetika sahələrində fəaliyyət göstərən 40-dan çox şirkət nümayəndəsi iştirak edib.
Qeyd edək ki, tədbirdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Xorvatiya İqtisadiyyat Palatasının Biznesin Beynəlmiləlləşməsi Mərkəzinin direktoru Silva Stipiç Kobal ölkələrin biznes və investisiya potensialı, eləcə də mümkün əməkdaşlıq istiqamətləri haqqında danışıb, fikir mübadiləsi aparıblar.
Forum B2B formatda görüşlər ilə davam edib.
AzVision.az
Teqlər: