Çin MN: ABŞ öz maraqları naminə ölkələr arasında münaqişə yaradır

 Çin MN:  ABŞ öz maraqları naminə ölkələr arasında münaqişə yaradır
  28 Mart 2024    Oxunub:1413
Amerika Birləşmiş Ştatları tarixən öz şəxsi maraqları naminə digər dövlətlər arasında mübahisələrə səbəb olub.
Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Tsyan Vaşinqtonun Çin və Hindistan arasındakı ərazi mübahisəsində Yeni Dehlini dəstəkləməsi ilə bağlı bəyanatını belə şərh edib.

O qeyd edib ki, Çin və Hindistan arasında lazımi kommunikasiya mexanizmləri və kanalları mövcuddur:

“Birləşmiş Ştatların çox pis tarixi təcrübəsi var: o, öz maraqları naminə digər ölkələr arasında münaqişələr yaradır və beynəlxalq ictimaiyyət bunu çox aydın başa düşür. Çin və Hindistan tərəfinin dialoq yolu ilə sərhəd məsələlərini müzakirə etmək imkanı və istəyi var”.

Onun sözlərinə görə, Cənubi Tibet bölgəsi qədim zamanlardan Çin ərazisi olub.


Teqlər:





Xəbər lenti