Bakıətrafı sərnişindaşıma xidməti qismən subsidiyalaşdırılacaq

Bakıətrafı sərnişindaşıma xidməti qismən subsidiyalaşdırılacaq
  29 Mart 2024    Oxunub:1237
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları” subsidiya məbləğinin hesablanması, bu məbləğin proqnozlaşdırılması və ödənilməsinə dair prosedur qaydasını və tələbləri müəyyən edir.

Müvafiq qərar “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Abşeron dairəvi dəmir yolu marşrutu üzrə sərnişindaşıma xidmətinə şamil olunur.

ADY-nin Bakıətrafı marşrutlar üzrə sərnişindaşıma xidmətinin maliyyələşməsi bu istiqamətdə meydana çıxan maliyyə çətinliklərini qismən kompensasiya etməklə mövcud qatar parkının daha təhlükəsiz, rahat və səmərəli xidmət göstərməsinə yardım edəcək.

Rusiya, Qazaxıstan, Türkiyə, İsveçrə, Avstriya, Fransa, Almaniya, həmçinin Avropa İttifaqının digər ölkələri dəmir yolu sərnişin daşımalarının subsidiyalaşdırılması üzrə uzunmüddətli təcrübəyə malikdir. Artıq bu təcrübənin ölkəmizdə də tətbiq edilməsinə başlanılır.

AzVision.az


Teqlər:





Xəbər lenti