BOTAŞ və ExxonMobil Türkiyəyə LNG tədarükü ilə razlaşdı

   BOTAŞ və ExxonMobil Türkiyəyə LNG tədarükü ilə razlaşdı
  09 May 2024    Oxunub:1390
Türkiyənin dövlət neft-qaz şirkəti BOTAŞ və Amerikanın ExxonMobil korporasiyası Türkiyəyə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə dair müqavilə imzalayıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib. İmzalanan müqavilənin məbləği və qaz tədarükünün həcmi açıqlanmır.

Ekspertlər hesab edir ki, hazırkı qiymət səviyyəsində tərəflər arasında müqavilə 10 il müddətinə bağlana bilər. O da, ildə 1,1 milyard dollar dəyərində qiymətləndirilir. Eyni zamanda LNG tədarükünün illik həcmi 2,5 milyon ton təşkil edəcək.

Bundan əvvəl Türkiyə parlamenti ölkənin idxal etdiyi təbii qazın mayeləşdirilmiş formada satışına icazə verən qanun layihəsini qəbul edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti