Nazir: Nəqliyyat gəlirləri 4,2 mlrd. manata yaxınlaşıb

 Nazir:  Nəqliyyat gəlirləri 4,2 mlrd. manata yaxınlaşıb
  13 May 2024    Oxunub:1017
2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın nəqliyyat üzrə gəlirləri 4 milyard 184,1 milyon manata yüksəlib.
Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

O bildirib ki, nəqliyyat gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 21% artıb. Belə ki, 2023-cü ildə bu rəqəm 3 milyard 467,4 milyon manat təşkil edib.

AzVision.az


Teqlər:





Xəbər lenti