Azərbaycanın dövlət borcu açıqlandı

   Azərbaycanın dövlət borcu açıqlandı
  23 May 2024    Oxunub:710
2024-cü il 1 yanvar tarixinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 26850,4 milyon manat olub.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd olunub.

Bu, 2023-cü il üzrə faktiki ÜDM-in (123005,5 milyon manat) 21,8 faizini təşkil etmişdir. Ümumi dövlət borcunun 40,9 faizi xarici dövlət borcunun, 59,1 faizi isə daxili dövlət borcunun payına düşür (Qrafik 26) (“Aqrarkredit” QSC-nin daxili dövlət borcuna aid edilmiş 9351,0 milyon manat məbləğində öhdəlikləri nəzərə alınmadan, dövlət borcunun 62,8 faizi xarici dövlət borcunun, 37,2 faizi isə daxili dövlət borcunun payına düşüb.

AzVision.az


Teqlər:





Xəbər lenti