BP ilə ​​​​​​​neft-qaz yataqlarının perspektivləri müzakirə edildi

BP ilə ​​​​​​​neft-qaz yataqlarının perspektivləri müzakirə edildi
  06 İyun 2024    Oxunub:802
Azərbaycanın energetika naziri Pərviz Şahbazov BP-nin istehsal və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edib.

“Biz BP-nin istehsal və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell ilə “Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz” və “Şəfəq-Asiman” yataqlarında mövcud vəziyyəti və perspektivləri, AÇG-də dərin qaz laylarından gələn il hasilata başlanması çərçivəsində həyata keçirilən işləri dəyərləndirdik”, - paylaşımda qeyd edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti