3 rayona dolu düşüb

3 rayona dolu düşüb
  08 İyun 2024    Oxunub:775
Ölkənin Qərb bölgəsində leysan yağış yağır, dağlıq rayonlara dolu düşüb.
AzVision.az -ın məlumatına görə, hazırda Gəncə şəhərində güclü yağış yağır.

Bəzi küçələrdə yağış suları nəqliyyat vasitələrinin və piyadaların hərəkətində çətinlik yaradıb.

Daşkəsən, Göygöl və Gədəbəy rayonlarına dolu düşüb, küləklə müşahidə olunan güclü yağış yağıb.

Hazırda bölgədə güclü ildırım çıxır, yağıntılı hava şəraiti davam edir.
AzVision.az



Teqlər:





Xəbər lenti