Azərbaycan nefti bahalaşdı

   Azərbaycan nefti bahalaşdı
  12 İyun 2024    Oxunub:515
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,61 ABŞ dolları, yaxud 0,74% artaraq 82,96 ABŞ dolları olub.
AzVision.az xəbər verir ki, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 82,28 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti