Sənaye istehsalı 12 % azalıb

Sənaye istehsalı 12 % azalıb
  12 İyun 2024    Oxunub:1056
Bu ilin yanvar-may aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 % az - 26,2 milyard manatlıq sənaye məhsulu istehsal edib.
AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 0,2 % azalıb, qeyri neft-qaz sektorunda isə 7 % artıb. Sənaye məhsulunun 64,7 %-i mədənçıxarma sektorunda, 29,3 %-i emal sektorunda, 5,1 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,7 % azalıb, əmtəəlik qaz hasilatı isə 4,1 % artıb. Emal sektorunda tikinti materiallarının istehsalı 38,8 %, kompüter, elektron və optik məhsulların istehsalı 37,5 %, mebel istehsalı 36,6 %, metallurgiya sənayesi məhsullarının istehsalı 36,5 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31,3 %, əczaçılıq məhsullarının istehsalı 29,6 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 25,7 %, elektrik avadanlıqlarının istehsalı 22,2 %, geyim istehsalı 21,3 %, tütün məmulatlarının istehsalı 18,4 %, içkilərin istehsalı 16,0 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 12,0 %, hazır metal məmulatlarının istehsalı 10,2 %, neft məhsullarının istehsalı 7,0 %, kimya sənayesi məhsullarının istehsalı 5,1 %, qida məhsullarının istehsalı 4,1 %, kağız və karton istehsalı 2,7 % artıb, ağacın emalı və ağacdan məmulatların istehsalı 7,2 %, toxuculuq sənayesi məhsullarının istehsalı 11,1 %, poliqrafiya məhsullarının istehsalı 16,6 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 17,4 %, sair nəqliyyat vasitələrinin istehsalı 18,4 %, maşın və avadanlıqların istehsalı 19,5 %, sair sənaye məhsullarının istehsalı isə 67,5 % azallb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4,1 % azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 11,7 % artıb.

AzVision.az



Teqlər:





Xəbər lenti