Azərbaycandan daşınan yüklərin həcmi açıqlandı

Azərbaycandan daşınan yüklərin həcmi açıqlandı
  17 İyun 2024    Oxunub:1643
Cari ilin yanvar-aprel aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 10 723,6 min ton təşkil edib
AzVision.az xəbər verir ki, yüklərin 4 848,8 min tonu və ya 45,2%-i dəmir yolu nəqliyyatı, 3 383,7 min tonu və ya 31,6%-i avtomobil nəqliyyatı, 2 491,1 min tonu və ya 23,2%-i dəniz nəqliyyatı ilə daşınıb.

"Dəhlizlər vasitəsilə daşınmış yüklərin 59,7%-ni və ya 6 403,7 min tonunu tranzit yüklər təşkil edib”, - məlumatda qeyd olunur.

AzVision.az




Teqlər: Logistika  





Xəbər lenti