SOCAR Gürcüstan yığmasına görə yanacağı 2 lari etdi

 SOCAR Gürcüstan yığmasına görə yanacağı  2 lari etdi
  01 İyul 2024    Oxunub:1739
"SOCAR Georgia Petroleum" bu gün (iyulun 1-də) saat 14:00-dan etibarən 90 dəqiqə ərzində hər növ yanacağın litrəsini 2 Lariyə endirəcək.
AzVision.az xəbər verir ki, bu barədə "SOCAR Georgia Petroleum" şirkətinin sosial media hesabında məlumat paylaşılıb.

Sözügedən açıqlamada deyilir: "Avropa çempionatında bizə yaşatdığınız hislərə görə təşəkkür edirik. Fəxrlə ayrılırıq - komandamız mümkün olmayanı bacardı və dünyaya sübut etdi ki, Gürcüstan Avropa çempionatında iştirak etməyə layiqdir! Bu nəticə ilə yenə də inanılmaz dərəcədə qürur duyuruq. Azarkeşlərimizi sevindirəcəyik və iyulun 1-də saat 14:00-dan etibarən 90 dəqiqə ərzində hər növ yanacağı 2 lariyə əldə edəcəksiniz!".

Məlumat üçün bildirək ki, bundan əvvəl "SOCAR" şirkəti vəd etmişdi ki, Gürcüstan futbol komandası İspaniya millisinə qalib gələcəyi təqdirdə, yanacağın hər növünün litrəsi 2 Lari olacaq.

Xatırladaq ki, ötən gün Gürcüstan və İspaniya yığması arasında baş tutan oyun 4:1 hesabı ilə İspaniyanın xeyrinə nəticələnib.
AzVision.az



Teqlər:





Xəbər lenti