Arif Quliyevə Ukraynada mükafat verdilər
1998-ci ildən Ukraynada yaşayan Arif Quliyev monoqrafiya və dərsliklərin, xarici siyasət, dövlət idarəçiliyi, Azərbaycan və Ukraynanın beynəlxalq və ictimai münasibətləri məsələlərinə dair yüzdən çox elmi və elmi-populyar yazının müəllifidir.
Arif Quliyev Ukraynanın Əməkdar maarif işçisi, Ukrayna Milli Jurnalistlər İttifaqının, Beynəlxalq Jurnalistlər Federasiyasının, Ukrayna Hüquqşünaslar Assosiasiyasının üzvü, habelə “Dostluq körpüləri: Ukrayna-Azərbaycan” beynəlxalq layihəsinin laureatıdır. Tanınmış alim məhsuldar ictimai fəaliyyətlə də məşğuldur, “Xalq Demokratiyası İnstitutu”nun İdarə Heyətinin rəhbəri, “Ukrayna Azərbaycanlılarının Elmi Şurası” və “Ukrayna Azərbaycanlıları Ağsaqqallar Şurası” ictimai təşkilatlarının həmtəsisçisidir.
Teqlər: