Bakı ilə Kiyev qaz nəqli barəsində hələ anlaşmayıblar

   Bakı ilə Kiyev    qaz nəqli    barəsində hələ anlaşmayıblar
  18 İyul 2024    Oxunub:1410
2024-cü ilin sonunda “Qazprom”la Kiyevin uzatmaq istəmədiyi tranzit sazişi başa çatdıqdan sonra Ukraynanın qaz nəqli sistemi (QNS) vasitəsilə Azərbaycan qazının tranziti barədə Kiyev Bakı ilə hələ də razılığa gəlməyib.
AzVision.az xəbər verir ki, Ukraynanın “Naftoqaz” dövlət şirkətinin idarə heyətinin sədri Aleksey Çernışov QNS-in Ukrayna dövlətinin əsas aktivlərindən biri və gələcəkdə “Ukrayna qaz ixracatçısına çevriləndə” satış bazarına çıxışı təmin etmək üçün işləməli olduğunu vurğulayıb.

“Bizim bu sistemi dayandırmağa haqqımız yoxdur. Çünki bunu dayandırsaq, Avropa bazarı bir neçə ildən sonra başqa təchizatçılara üz tutacaq. Əslində, biz alternativ həll yolları axtarırıq. Məsələn, Azərbaycandan iş adamları bizimlə əlaqə saxladılar. Xüsusilə də SOCAR. Amma indi hazır həll yolu yoxdur və bu barədə danışmaq hələ tezdir”, - Çernışov deyib.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna prezidenti Volodimir Zelenski “Bloomberg” nəşrinə müsahibəsində bildirmişdi ki, Rusiyanın “Qazprom” şirkəti ilə tranzit sazişi başa çatdıqdan sonra Ukrayna Azərbaycan qazının öz ərazisindən keçməklə Aİ-yə nəqli imkanlarını öyrənir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Azrəbaycan   Ukrayna   qaz  





Xəbər lenti