Azərbaycanın baş diplomatları – Kim neçə il işləyib?
AzVision.az günün aktuallığını nəzərə alaraq Azərbaycanın xarici işlər nazirlər haqda araşdırma aparıb.
AXC dövründə Azərbaycanın ilk xarici işlər naziri Məmmədhəsən Hacınski olub. (28 may 1918 – 6 oktyabr 1918 ). Daha sonra onu bu ali postda Fətəlixan Xoyski əvəz edib. Onun fəaliyyəti cəmi 3 ay davam edib. (26 dekabr 1918 – 14 mart 1919).
Xoyksini Məmməd Yusif Cəfərov (14 mart 1919 – 22 dekabr 1919 )əvəz etsə də o yenidən öz vəzifəsinə qayıdıb. SSRİ-nin işğalınadək fəaliyyətini davam etdirib. (24 dekabr 1919 – 1 aprel 1920 )
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra baş diplomat postunu Nəriman Nərimanov tutub. ( 28 aprel 1920 – 2 may 1920). O cəmi bir neçə gün işləyə bilib. Onun vəzifəsi Mirzə Davud Hüseynova həvalə edilib.
1921-1944-cü illərdə nazirlik ləğv olunub və xarici əlaqələr Moskva vasitəsiylə həyata keçirilməyə başlanıb.
SSRİ dönəmində Azərbaycanın xarici işlər naziri postuna bir neçə dəfə təyinat aparılıb. Mahmud Əliyev (1944 – 1958), Tahirə Tahirova (1959 – 1983), Elmira Qafarova (1 dekabr 1983 – 22 dekabr 1987) və Hüseynağa Sadıqov (23 yanvar 1988 – 29 may 1992) ölkəmizin baş diplomatı funksiyasını yerinə yetiriblər.
Müstəqil Azərbaycanın xarici işlər nazirləri...
Hüseynağa Sadıqov müstəqil Azərbaycanın ilk xarici işlər naziridir. Nazir fəaliyyətinə1988-ci ildə başlayan H.Sadıqov 29 may 1992-ci ilədək XİN rəhbəri olub.
H.Sadıqovu Tofiq Qasımov əvəz edib. O cəm bir il işləyə bilib. (4 iyul 1992 - 26 iyun 1993).
T.Qasımovun vəzifədən gedişindən sonra Həsən Həsənov təyinat alıb. H.Həsənov düz 5 il nazir kreslosunda qala bilib. (2 sentyabr 1993 - 16 fevral 1998)
H.Həsənovda sonra baş diplomat postuna Tofiq Zülfüqarov gətirilib. T.Zülfüqarov sələfi kimi uzun müddət nazir vəzifəsində çalışa bilməyib. T.Zülfüqarov cəmi bir ilə yaxın nazir kreslosunda əyləşib. (5 mart 1998 - 26 oktyabr 1999).
T.Zülfüqarovdan sonra vəzifəyə Vilayət Quliyev gətirilib. 26 oktyabr 1999-cı ildə prezidentin sərəncamı ilə yüksək vəzifəyə təyinat alan V.Quliyev bir sıra xidmətləri ilə yadda qalıb. O, 7 aprel 2004-cü ildə tutduğu vəzifədən azad edilib.
Hazırda Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiridir.
V.Quliyevi prezident İlham Əliyevin sərəncamı ilə Elmar Məmmədyarov əvəz edib. O 2004-cü ildən indiyədən Azərbaycan Respublikasının xarici işlər naziridir. 1960-cı ildə Bakı şəhərində anadan olan nazir Kiyev Dövlət Universiteti, Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq bölməsində təhsil alıb. İndiyədən bir sıra yüksək vəzifələrdə çalışıb.
Anar RÜSTƏMOV