Birinci xanım merlə görüşdü - FOTOLAR

Birinci xanım merlə görüşdü - FOTOLAR
  10 İyul 2014    Oxunub:1351
İyulun 9-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Kann şəhərinin meri Devid Lisnardla görüşüb.
Görüşdə Kann şəhərinin meri artıq ikinci ildir ki, Azərbaycanın Kannda möhtəşəm tədbirlər keçirdiyini bildirib, ötən ilkindən fərqli olaraq bu dəfə ölkəmizin idman tədbirlərinə üstünlük verdiyini söyləyib. O, qeyd edib ki, bu da Kann şəhərinin inkişaf məqsədləri ilə üst-üstə düşür.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizin öz mədəni dəyərlərini Kann şəhərində təqdim etməkdən şad olduğunu bildirib.

Builki proqramda idmanla bağlı tədbirə geniş yer verildiyini vurğulayan Mehriban Əliyeva bunun 2015-ci ilin yayında ilk Avropa oyunlarının Bakıda keçiriləcəyindən irəli gəldiyini diqqətə çatdırıb.

Görüşdə birgə reallaşdırılacaq layihələr barədə fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Qalereya




Teqlər:  





Xəbər lenti