Neftçi şansını dəfn etdi

Neftçi şansını dəfn etdi
  18 İyul 2014    Oxunub:1728
Bu dəqiqələrdə Bakcell Arena stadionunda Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində Neftçi-Koper (Sloveniya) oyunu başlayıb.
Hələ ki yalnız bircə dəfə - 13-cü dəqiqədə Neftçi Koperin qapısına zərbə endirə bilib.

20-ci dəqiqə. Neftçi standart vəziyyətdən təhlükəli zərbə vurdu, top qapının üstündən keçdi.

23-cü dəqiqə. Koper hesabı açdı.

41-ci dəqiqə. Koper 2-ci qolu vurdu.
Öz meydanında bu cür uduzmaqla Neftçi vəziyətini həddindən artıq gərginləşdirdi.

45-ci dəqiqə. Araz Abdullayev hesab arasındakı fərqi azaltdı - 1:2.

Neftçi ikinci hissəyə aktiv başlayıb. Qısa vaxtda 3 təhlükəli qol vəziyyəti yaratdı.

65-ci dəqiqə: Neftçinin aramsız hücumları hələ ki nəticə vermir...

Neftçi offsayddan qol vurduğu üçün hesaba alınmadı.

Əsas hissə başa çatdı, oyuna 5 dəqiqə əlavə olunub.

Oyun başa çatdı.



Teqlər:  





Xəbər lenti