"Legiya" Lukaşenko ilə bağlı pankartlara görə cərimələndi

"Legiya" Lukaşenko ilə bağlı pankartlara görə cərimələndi
  03 Dekabr 2024    Oxunub:346
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İntizam Komitəsi Polşanın “Legiya” klubunu Konfrans Liqasında Minsk “Dinamo”su ilə matçda arzuolunmaz azarkeş pankartlarına görə cərimələyib.
Bu barədə xarici KİV məlumat yayıb.

Qeyd edilib ki, Polşa klubu Belarus prezidenti Aleksandr Lukaşenkoya ünvanlanmış təhqiramiz bannerlərə görə 17,5 min avro ödəyəcək.

Liqanın əsas mərhələsinin üçüncü turunun görüşü noyabrın 7-də Varşavada baş tutub və meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti