40 yaşını keçirə bilməyən kapitan- Video
Bu barədə Anar Məmmədxanovun ad günündə xəbər tutduq. Ailə üzvləri, yaxınları və dostları Anar Məməmdxanovun 44 yaşını qeyd etmək üçün bu onun məzarı başına toplaşıblar.
ANS TV-nin məlumatina görə, Anar Məmmədxanov istedadlı, savadlı, mütaliəsi geniş, söz demək üçün çox düşünməyən, yəni hazırcavab, zarafatcıl, həyatsevər, gözəl ailə başçısı idi. Bütün bunların bir insanda cəmlənməsi isə heç də hər kəsə qismət olmur. İnsanlar tərəfindən sevilmək, ölümündən sonra unudulmamaq da hamıya nəsib olmur. Anar Məmmədxanov artıq gənc yaşlarında bir insanın arzuladığı sevgiyə, gözəl ailəyə, övladlara sahib olmuşdu. Ən çox onu sevindirən isə döstlarını, ailəsini bir arada görmək idi. Öz doğum günlərini təmtəraqlı keçirtməyi çox sevirdi. Üstəlik ildə bir yox iki dəfə. Amma 40 illik yubileyində doğum gününü qeyd etmədi. Sanki ürəyinə nəsə dammışdı.
Anar Məmmədxanov doğum günlərində övladları tərəfindən hədiyyələr almağı çox sevirdi.
Amma təəssüf ki, xoşbəxtlik onların ailəsini qəfil yerdə haqlayır. Tək Anarın ailəsini yox, bütün Anarı tanıyanları kədərə qərq edir. Amma Anar Məmmədxanovun yoxluğunu ən ağır keçirən təbii ki, onun övladları və xanımıdır.
“Bakılı oğlanlar” KVN komandasının kapitanı həm komandasını, həm də ailəsini başsız qoydu.
Teqlər: