Qətər XİN: "Qəzzada atəşkəsə çox yaxınıq"

  Qətər XİN:  "Qəzzada atəşkəsə çox yaxınıq"
  14 Yanvar 2025    Oxunub:384
"Bu müharibə çoxdan qurtarmalı idi".
Bu sözləri Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid Əl-Ənsari mətbuata açıqlamasında dilə gətirib. O vurğulayıb ki, İsrail və HƏMAS arasında atəşkəslə bağlı danışıqlar ən yüksək səviyyədə aparılmaqdadır.

"Danışıqlar üzrə digər vasitəçilərin: ABŞ və Misirin dəstəyi ilə tərəflər arasındakı fikir ayrılıqlarını ən aşağı səviyyəyə sala bildik. Hazırda razılığın baş tutması üçün axırıncı detallar nəzərdən keçirilir. Rəsmi razılaşma həyata keçərsə, ictimaiyyətə məlumat veriləcək", - sözçü deyib.

Xatırladaq ki, İsrail və HƏMAS qruplaşması arasında atəşkəs, habelə əsir mübadiləsi danışıqları üzrə növbəti mərhələ dünən Qətərdə başlayıb. İsrail tərəfinin əksər nümayəndələri danışıqlardan müsbət nəticə çıxacağı qənaətindədir. Onlar hazırda HƏMAS-ın cavabını gözlədiklərini bildirirlər. Digər tərəfdən, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp da bu məsələyə dair "Newsmax" telekanalına müsahibəsində:
Tramp: "İsrail-HƏMAS sazişi həftənin sonunacan imzalana bilər" - VİDEO

"Əgər bu fürsəti də əldən versələr, münaqişənin şiddəti əvvəllər görülməmiş səviyyəyə çatacaq. Hər halda, gördüyüm qədəri ilə, razılaşma baş tutub. Yaxın günlərdə, bəlkə də, bu həftənin sonunacan saziş imzalana bilər", - söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qəzza   atəşkəs   əsir-mübadiləsi  





Xəbər lenti