Rusiya XİN: "Bayden vida nitqində ölkələrə necə zərər verdiyini açıqladı"

   Rusiya XİN:  "Bayden vida nitqində ölkələrə necə zərər verdiyini açıqladı"
  15 Yanvar 2025    Oxunub:357
ABŞ-nin hazırkı prezidenti Cozef Bayden xarici siyasət məsələlərinə həsr olunmuş vida nitqində rəsmi Vaşinqtonun vəziyyəti necə və kimlərə qarşı pisləşdirməsindən danışıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik radiosunun efirində bildirib.

Lavrov: “ABŞ “Türk axını”nı sıradan çıxarmaq istəyir”
“Bayden nə ilə fəxr edirdi? O, Amerika xalqına və dünyaya nə verdi? Dörd ilin əsas uğuru kimi nə etdi? O, ABŞ-nin digər ölkələrə necə zərər vurmasından danışdı...”, - Zaxarova qeyd edib.

XİN rəsmisi Ağ Ev rəhbərinin çıxışını xarici işlər naziri Sergey Lavrovun 2024-cü ildə baş tutmuş Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransı ilə müqayisə edib. Zaxarova xarici siyasətə yanaşmaların fərqli olmasına diqqət çəkib.

Xatırladaq ki, dünən Bayden ABŞ-nin dünya liderliyi uğrunda qlobal yarışda öz mövqeyini qoruyub saxladığını və gücləndirdiyini bildirib.

Bir neçə gün öncə isə ABŞ-nin gələcək vitse-prezidenti Ceyms Devid Vens Fox News-a müsahibəsində Baydenin təkcə xarici siyasətini tənqid etməmişdi, onun ABŞ üçün iqtisadi fəlakətlər qoyub getməsindən söz açmışdı.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   ABŞ   XİN   Bayden  





Xəbər lenti