Norveç XİN: "Atəşkəs həll yolu deyil"

      Norveç XİN:    "Atəşkəs həll yolu deyil"
  15 Yanvar 2025    Oxunub:334
"Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəsin ardınca nə baş verəcəyini də müəyyənləşdirmək lazımdır".
Bu sözləri Norveçin xarici işlər naziri Espen Bart Eyde İsrail-Fələstin münaqişəsinin həlli istiqamətində paytaxt Osloda keçirilməsi nəzərdə tutulan qlobal danışıqlar ərəfəsində dilə gətirib.

"Qəzzada atəşkəs artıq qaçılmazdır, bu barədə bütün tərəflərdən müsbət mesajlar alırıq, amma rəsmi elanı gözləmək lazımdır. Hərçənd bilməliyik ki, yalnız atəşkəs həll yolu deyil. Atəşkəs bu deməkdir ki, İsrail və HƏMAS arasında əsir mübadiləsi baş tutacaq, hərbi əməliyyatlar dayandırılacaq, qoşunlar ərazidən çıxarılacaq. Bu çox yaxşıdır, ancaq əsas məsələ vəziyyəti 7 oktyabr 2023-cü ildən (HƏMAS-ın İsrailə hücumunun baş verdiyi tarix - red.) əvvəlki hala qaytarmaqdır. Təəssüf ki, belə bir nəticə mümkün deyil", - nazir vurğulayıb.
Norveçdə İsrail-HƏMAS müharibəsinin həlli üzrə danışıqlar aparılacaq

Xatırladaq ki, Norveçdə 80 ölkənin iştirakı ilə İsrail-Fələstin münaqişəsinin başa çatdırılması və Qəzzada "iki dövlətli həll yolu"nun müəyyənləşdirilməsi məqsədilə qlobal səviyyədə danışıqlar baş tutacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Norveç   Qəzza   danışıqlar  





Xəbər lenti