İstanbulda saxta içkidən 19 nəfər ölüb

   İstanbulda saxta içkidən 19 nəfər ölüb
  15 Yanvar 2025    Oxunub:328
İstanbulda saxta spirtli içkidən zəhərlənmə nəticəsində 19 nəfər ölüb.
Bu barədə “TRT haber” telekanalı məlumat yayıb. Qeyd olunur ki, son üç gündə tibbi yardım üçün müraciət edən 46 nəfərdən üçü xəstəxanadan buraxılıb, 43 xəstənin müalicəsi isə davam edir.

Hadisə ilə bağlı cinayət işi açılıb və Türkmənistan vətəndaşı olan iki şəxs saxlanılıb. Ölənlərin altısı isə Özbəkistan vətəndaşıdır.

AzVision.az


Teqlər:





Xəbər lenti