Atəşkəs elan edildikdən sonra Qəzzada 70-dən çox ölüb

Atəşkəs elan edildikdən sonra Qəzzada 70-dən çox ölüb
  16 Yanvar 2025    Oxunub:297
İsrail və HƏMAS arasında atəşkəs razılaşması elan edildikdən sonra Qəzza zolağının atəşə tutulması nəticəsində 70-dən çox adam həlak olub.
AzVision.az Fələstinin “Əl-Əqsa” telekanalına istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə sözçüsü Mahmud Basal məlumat verib.

"Razılaşmanın elan edildiyi vaxtdan sonra İsrail tərəfi 61-i şəhərdə olmaqla 71 nəfəri qətlə yetirib", - deyə o bildirib.

Xatırladaq ki, ötən gecə İsrail və HƏMAS Qətər, Misir və ABŞ-nin vasitəçiliyi ilə 42 günlük atəşkəs barədə razılığa gəliblər. Bu, münaqişə zamanı ikinci atəşkəsdir. Birinci atəşkəs 2023-cü ilin noyabrında bağlanıb və cəmi altı gün davam edib.

Qeyd edək ki, İsrail və HƏMAS arasında atəşkəs qərarı Tel-Əvivdə , xüsusən də döyüşlərdə həyatını itirən hərbçilərin ailələri tərəfindən etirazla qarşılanıb. Yerli media yazır ki, yüzlərlə etirazçı küçə nümayişlərinə başlayıb. Onlar ölkə parlamenti ("Knesset") qarşısında aksiya keçirir, Baş nazir Benyamin Netanyahuya müraciətlə etiraz şüarları səsləndirirlər.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Qəzza  





Xəbər lenti