Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı

   Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
  16 Yanvar 2025    Oxunub:253
Şimali Koreya rəsmiləri ölkənin şimal-şərqində yerləşən "Rason" Xüsusi İqtisadi Zonasının xarici turistlərin üzünə açıq olduğunu bəyan ediblər.
Bu barədə Çinin “Young Pioneer Tours” turoperatoru məlumat yayıb.

Rus döyüşçülər KXDR-in it əti konservləri ilə qidalanırlar - "BILD"(Video)
Qeyd edilib ki, azad iqtisadi zona artıq rəsmi olaraq əcnəbilərin ziyarəti üçün əlçatandır və bu əraziyə tur sifariş etmək olar. Çinlilərin bölgəyə ilk səfər edən turist olacağı gözlənilir.

Bu il dekabrın sonunda Şimali Koreya lideri Kim Çen In ölkədə turizmin inkişaf etdirilməsinin vacibliyini elan etmişdi.
Kim Çen In KXDR-in şərq sahilində yerləşən Myeonqsasimni turizm şəhərinə səfəri zamanı deyib: "Turizm sənayesi iqtisadi inkişafın mühərriklərindən birinə çevirmək vacibdir". O, turizm bazalarının inkişafından məmnunluğunu bildirib və qeyd edib ki, şəhər nəinki adi turistləri qəbul edə, həm də ölkə əhəmiyyətli siyasi və mədəni tədbirlərə ev sahibliyi edə biləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   KXDR   Sərhəd  





Xəbər lenti