Çinlilər “Volkswagen” zavodlarını almaq istəyir
“Alman zavodlarının alınması Çinə Almaniyanın avtomobil sənayesindəki təsirini gücləndirməyə imkan verəcək. Çin şirkətləri artıq Almaniya iqtisadiyyatının müxtəlif sahələrinə investisiya qoysalar da, avtomobil istehsalı bu ölkədə onlar üçün yeni sərhəd olaraq qalır. Alman avtomobil zavodlarına investisiyalar Çinin siyasi baxımdan ən həssas addımı ola bilər”, – agentlik yazır.
Qeyd edək ki, uzun müddət ərzində Almaniyanın sənaye qüdrətinin simvolu olan “Volkswagen” şirkəti, iqtisadi tənəzzül və yaşıl texnologiyaya keçidlə bağlı çətinliklərlə üzləşib. Almaniyada elektriklə işləyən avtomobillərin istehsalı Çin şirkətlərindən idxal olunan avtomobillərə Aİ tariflərindən qaçmağa kömək edə və onların Avropa avtomobil istehsalçıları ilə rəqabət qabiliyyətini daha da gücləndirə bilər.
“Volkswagen” avtokonserni xərclərin azaldılması proqramının bir hissəsi kimi Drezden və Osnabrük şəhərlərindəki zavodlarını bağlamağı düşünsə də, Osnabrükdakı müəssisəni zavodunu çinli alıcıya tmağa hazırdır. Şirkət sözçüsü əsas məqsədin şirkətin və onun işçilərinin maraqlarını nəzərə alan etibarlı həll yolu tapmaq olduğunu vurğulayıb. Lakin Çin şirkətləri alman həmkarlar ittifaqlarının iş zəmanəti və istehsalın saxlanmasını tələb edən reaksiyasından narahatdır.
Eyniz zamanda, Çinin bir çox avtomobil istehsalçısı Avropada zavodlar açmağı düşünür. Bəziləri artıq Macarıstan və Türkiyə kimi az xərc tələb edən ölkələrdə belə zavodlar tikirlər.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Çin “Volkswagen” alış