İsrail və HƏMAS arasında əsir mübadiləsi razılaşdırılıb

   İsrail və HƏMAS arasında əsir mübadiləsi razılaşdırılıb
  17 Yanvar 2025    Oxunub:392
Qətərin paytaxtı Doha şəhərində danışıqlar çərçivəsində İsrail və HƏMAS arasında əsir mübadiləsi barədə razılıq baş tutub.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb. Bildirilir ki, bu gün Baş nazirin başçılığında Təhlükəsizlik Kabinetinin qərarla bağlı müşavirə iclası keçiriləcək. Növbəti mərhələdə hökumət sazişi təsdiqləyəcək.
Atəşkəs qərarı İsraildə etirazlar doğurub

Xatırladaq ki, ötən gün gecə saatlarında İsrail və HƏMAS arasında Qəzza zolağı atəşkəs elan olunub. Atəşkəs qərarı ölkə daxilində, xüsusən də döyüşlərdə həyatını itirən hərbçilərin ailələri tərəfindən etirazla qarşılanıb. Onlar bu qərar sayəsində əsir vətəndaşların öz vətənlərinə qayıtmalarını məqbul saysalar da, atəşkəsi "HƏMAS-a təslim olmaq" kimi dəyərləndirirlər. Hökumətdə də qərara qarşı çıxanlar var. Xüsusilə maliyyə naziri, Dini Sionizm Partiyasının lideri Betsalel Smotriç atəşkəsi "milli təhlükəsizliyə zərbə" adlandıraraq, istefa verəcəyini bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   atəşkəs   əsir-mübadiləsi  





Xəbər lenti