"Atəşkəsdən sonra Qəzzada 100-dən çox mülki şəxs öldürülüb"

   "Atəşkəsdən sonra Qəzzada 100-dən çox mülki şəxs öldürülüb"
  17 Yanvar 2025    Oxunub:372
Ötən gün gecə saatlarında İsrail və Fələstinin HƏMAS terror təşkilatı arasında atəşkəs razılığı baş tutsa da, Qəzza zolağında həmin saatdan bəri 101 mülki vətəndaş həyatını itirib.
Qəzzanın mülki müdafiə qruplarının məlumatına görə, 264 şəxs isə müxtəlif dərəcədə xəsarət alıb. Bildirilir ki, qətl faktlarından 82-si Qəzza şəhərində qeydə alınıb.

"Onlardan 27-si uşaq, 31-i qadındır", - məlumatda vurğulanır.
İsrail və HƏMAS arasında əsir mübadiləsi razılaşdırılıb

Xatırladaq ki, Qətərin paytaxtı Doha şəhərində aparılan danışıqlar çərçivəsində İsrail və HƏMAS arasında ötən gecə atəşkəs, bu gün isə əsir mübadiləsi barədə razılıq baş tutub. Hərçənd qarşı tərəfin iddiasına görə, İsrail Silahlı Qüvvələri Qəzzada atəşkəsi pozmaqdadır. Digər tərəfdən, atəşkəs qərarı ölkə daxilində də etirazla qarşılanıb. Yüzlərlə sakin küçə nümayişləri keçirərək, atəşkəsi "HƏMAS-a təslim olmaq" kimi dəyərləndirirlər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qəzza   atəşkəs   vəziyyət  





Xəbər lenti