Qəzzada əsirlərin azadlığa çıxacaqları vaxt açıqlanıb

   Qəzzada əsirlərin azadlığa çıxacaqları vaxt açıqlanıb
  17 Yanvar 2025    Oxunub:350
İsrail və HƏMAS əsir mübadiləsi sazişinə əsasən, terrorçuların Qəzza zolağında saxladıqları əsirlər bazar günü azadlığa buraxılacaqlar.
Bu barədə İsrailin Baş nazirinin ofisi məlumat yayıb. Bildirilib ki, atəşkəs sazişi həm Təhlükəsizlik Kabineti, həm də Nazirlər Kabineti tərəfindən bu gün təsdiqlənib qüvvəyə mindikdən sonra bazar günü üç qadın əsir azadlığa çıxarılacaq.

Məlumata görə, Təhlükəsizlik Kabinetinin iclası hazırda baş tutmaqdadır. Hökumətin tam tərkibdə iclası isə sabah axşam saatlarında keçiriləcək. İsrail Ali Məhkəməsinin də sazişi yekun surətdə nəzərdən keçirəcəyi diqqətə çatdırılır.
İsrail və HƏMAS arasında əsir mübadiləsi razılaşdırılıb

Xatırladaq ki, Qətərin paytaxtı Doha şəhərində aparılan danışıqlar çərçivəsində İsrail və HƏMAS arasında ötən gecə atəşkəs, bu gün isə əsir mübadiləsi barədə razılıq baş tutub. Atəşkəs qərarı ölkə daxilində, xüsusən də döyüşlərdə həyatını itirən hərbçilərin ailələri tərəfindən etirazla qarşılanıb. Onlar bu qərar sayəsində əsir vətəndaşların öz vətənlərinə qayıtmalarını məqbul saysalar da, atəşkəsi "HƏMAS-a təslim olmaq" kimi dəyərləndirirlər. Hökumətdə də qərara qarşı çıxanlar var. Milli təhlükəsizlik nazir İtamar Ben-Qvir və maliyyə naziri Betsalel Smotriç də atəşkəsi "milli təhlükəsizliyə zərbə" adlandıraraq, istefa verəcəyini bildiriblər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qəzza   əsir-mübadiləsi  





Xəbər lenti