Qrem: “Nasist rejiminə qarşı müharibəyə başlamaq zəruridir”

      Qrem:    “Nasist rejiminə qarşı müharibəyə başlamaq zəruridir”
  20 Yanvar 2025    Oxunub:392
Amerika siyasi isteblişmentinin “qırğılarından” biri, yeni prezident Donald Trampın çoxdankı müttəfiqi, respublikaçı senator Lindsi Qrem İrana qarşı hərbi əməliyyatlara başlamağa çağırıb.
AzVision.az xəbər verir ki, Lindsi Qremin fikrincə, öz səlahiyyətlərini həyata keçirməyə başlayan Donald Tramp ilk növbədə İsraillə birlikdə İrana qarşı hərbi əməliyyat planı hazırlamalıdır, çünki Tehranın nüvə proqramını diplomatiya yolu ilə dayandırmaq şansı “trilyonda bir” kimi qiymətləndirilir.

“Diplomatiya yolu ilə İranın nüvə proqramını zəiflətmək şansınız trilyonda birdir. ABŞ-nin dəstəyi sayəsində İsrailin hərbi əməliyyatı ilə onu zəiflətmək ehtimalı 90 faizdir. Prezident Trampla müzakirə edəcəyim növbəti məsələ bu məqamdam yararlanmaq və İranın nüvə proqramının məhvi olacaq, çünki o, hazırda buna çox həssasdır”, - amerikalı senator “CBS” telekanalının efirində deyib.

Ənənəvi qaydada İranla bağlı radikal fikirləri ilə şeçilən Lindsi Qrem vaxtaşırı İrana qarşı hərbi əməliyyatların başlanması zərurətini vurğulayır. Məsələn, çıxışlarının birində o, İranı "dünya xəritəsindən silməyə” çağırıb.

- Bu dini nasist rejimidir. Onlar yəhudi dövlətini məhv etmək, bizi Yaxın Şərqdən qovmaq istəyirlər. Bu, Hitlerlə danışıqlar aparmağa bənzəyir. Ümid edirəm ki, İsrail ABŞ-nin dəstəyi ilə İranın nüvə proqramını məhv etmək üçün hərəkətə keçəcək. Bunu etməsək, tarixi səhvə yol vermiş olarıq”, - siyasətçi sərt ritorikasına sadiq qalıb.

Bundan əvvəl Trampın Milli Təhlükəsizlik üzrə müşaviri vəzifəsinə namizədi Mayk Uolts da İrana qarşı hərbi əməliyyatların mümkünlüyündən danışmışdı. Onun sözlərinə görə, Yaxın Şərqdə baş verən hadisələr, Livanda “Hizbullah”ın məğlubiyyəti, Suriyada Əsəd rejiminin devrilməsi və Qəzzada “HƏMAS”-ın təcrid olunması İranı zəiflədib və onu əlverişsiz vəziyyətə salıb.

“İranın hava hücumundan müdafiə (HHM) sistemi məhv edilib. Bu, əsas qərarlar qəbul etmək vaxtıdır və biz bunu növbəti ay ərzində edəcəyik”, - Uolts bildirib.

Rusiya-İran münasibətləri: təhlükəsizlik məsələsi prioritetdir
ABŞ-nin siyasi isteblişmenti tərəfindən səsləndirilən bu sərt bəyanatlar fonunda İranın hərtərəfli strateji tərəfdaşlıq barədə Rusiya ilə bir neçə gün əvvəl saziş imzalaması təəəccüb doğurmur.

Qeyd edək ki, Trampın ətrafında İrana qarşı hərbi əməliyyatlara çağıran Lindsi Qrem kimi radikallarla yanaşı, Tehranla danışıqların və razılığın əldə olunmasının tərəfdarları da var.
Trampın özü isə, indiyə qədər hərbi əməliyyatlardan daha çox İrana qarşı sanksiyaların sərtləşdirilməsinin tərəfdarı kimi görünür.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Qrem   İran   müharibə  





Xəbər lenti