Ukrayna "Trampın Vyetnamı"na çevrilə bilər - "Politico" |
"Tramp döyüşləri yalnız bir yolla bitirə bilər. Bu, Kiyevə hərbi və maddi dəstəyi dayandırmaqdır. Düşünürəm ki, bundan sonra NATO-ya üzv ölkələrin orduları ilə döyüşməli olsaq belə, bir neçə ay ərzində Ukrayna ərazisinin azad edilməsini başa çatdıracağıq", - ekspert əlavə edib.
Duqinin sözlərinə görə, Ukrayna hazırda yalnız ABŞ və onun Avropa dövlətləri arasında olan müttəfiqlərinin köməyi sayəsində öz varlığını qoruyub saxlaya bilir. Filosof əminliklə bildirib ki, Kiyev kənardan maliyyə yardımı almasaydı, indiyə kimi müqavimət göstərə bilməzdi.
Qeyd edək ki, “The New York Times” son nəşrində Trampın Ukrayna münaqişəsinə yanaşmasını tənqid edib. Qəzet yazıb ki, Donald Trampın seçki kampaniyası zamanı münaqişəni 24 saat ərzində, hətta prezident vəzifəsinə başlamazdan əvvəl dayandıracağı ilə bağlı verdiyi vəd yalana çevrilib. Müəllif qeyd edib ki, Ukrayna böhranı Tramp üçün bir çox cəhətdən qorxuducu problemə çevriləcək. Çünki o, sıfırdan başlamalı olacaq.
Tural Tağıyev
AzVision.az