ABŞ Dövlət Departamentinin işçiləri kütləvi şəkildə istefa verir

   ABŞ Dövlət Departamentinin işçiləri kütləvi şəkildə istefa verir
  20 Yanvar 2025    Oxunub:358
ABŞ-də Dövlət Departamentinin onlarla əməkdaşı seçilmiş prezident Donlad Trampın tələbi ilə istefa ərizələrini təqdim edirlər.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, müvafiq göstəriş Trampın köməkçilərindən gəlib və istefa verənlər arasında yüksək vəzifəli diplomatlar da yer alır.

Dövlət katibinin enerji resursları üzrə müşaviri Ceffri Payett və dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsini icra edən Con Bassın adları hallanır.

AzVision.az



Teqlər:





Xəbər lenti