ABŞ Prezidenti Meksika sərhədindəki vəziyyətə görə fövqəladə vəziyyət elan edəcək

ABŞ Prezidenti Meksika sərhədindəki vəziyyətə görə fövqəladə vəziyyət elan edəcək
  20 Yanvar 2025    Oxunub:379
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Meksika ilə sərhəddəki vəziyyətlə əlaqədar fövqəladə vəziyyət elan edəcəyini və ora qoşun göndərəcəyini bildirib.
AzVision.az xəbər verir ki, Tramp bunu andiçmə mərasimində çıxışı zamanı bildirib.

“Əvvəlcə cənub sərhədimizdə fövqəladə vəziyyət elan edib, cənub sərhədinə qoşun yeridəcəyəm”, - dövlət başçısı vurğulayıb.

Tramp əlavə edib ki, bu təşəbbüslə Meksikadan ABŞ-a bütün qeyri-qanuni girişlər dərhal bağlanacaq və ABŞ milyonlarla və milyonlarla əcnəbi cinayətkarın gəldikləri yerə qaytarılması prosesinə başlayacaq.

AzVision.az





Teqlər:





Xəbər lenti