ABŞ digər ölkələrə yardımı 90 gün müddətinə dayandırır

ABŞ digər ölkələrə yardımı    90 gün    müddətinə dayandırır
  21 Yanvar 2025    Oxunub:347
Amerikanın yeni prezidenti Donald Tramp Vaşinqtonun digər ölkələrə bütün yardım proqramlarının 90 gün müddətinə müvəqqəti dayandırılması barədə fərman imzalayıb.
AzVision.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, digər ölkələrə yardımın göstərilməsinin Amerika administrasiyasının siyasi məqsədlərinə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün yoxlama aparılacaq.

Bundan əvvəl Tramp Ukraynadakı münaqişəni həll etmək üçün hələ “yarım gününün” olduğunu qeyd edib.

Donald Tramp hansı sərəncamları imzalayıb?
Ağ Evin yeni rəhbərinin sələfi Co Bayden dövründə qəbul olunmuş 78 qərarın ləğvi barədə fərman imzaladığı da bildirilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   yardım  





Xəbər lenti