“Taliban” Trampla razılaşmayıb

   “Taliban” Trampla razılaşmayıb
  22 Yanvar 2025    Oxunub:359
Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı ABŞ prezidenti Donald Trampın 7 milyard dollar dəyərində Amerika silahlarını geri qaytarmaq çağırışını rədd edib.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Bloomberg” agentliyinin yaydığı məlumata görə, “Taliban” hərəkatının üzvlərinin fikrincə, ABŞ nəinki onların ələ keçirdiyi silahları burada saxlamalı, həm də “İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə mübarizə üçün Əfqanıstana daha müasir vasitələr göndərməlidir.

Xatırladaq ki, yanvarın 19-da tərəfdarları üçün keçirdiyi mitinqdə Donald Tramp “Taliban”ın Amerika silah və texnikasını qaytarmayacağı halda, Əfqanıstana bütün maliyyə yardımını kəsəcəyini bildirib. Həmin silahlar və avadanlıq 2021-ci ildə ABŞ qoşunları 20 ildən artıq müddətdən sonra Əfqanıstanı tərk edərkən taliblərin əlinə keçib.

Taliblər amerikalıları azadlığa buraxdılar
Onda amerkalı analitiklər də daxil olmaqla, əksər ekspertlər həmin silahların və texnikanın ABŞ-yə geri daşınmasının maddi baxımdan sərfəli olmadığını iddia edirdilər.

Qeyd edək ki, dünən “Taliban”la ABŞ arasında məhbus mübadiləsi çərçivəsində iki amerikalı azad olunub.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Tramp  





Xəbər lenti