Rişi Sunak iki Universitetdə işləyəcək
“Hər iki təhsil ocağı Şimali Yorkşirdəki Riçmond və Nortallerton seçki dairəsindən Böyük Britaniyanın İcmalar Palatasındakı yerini qoruyub saxlamış 44 yaşlı siyasətçiyə yaxşı tanışdır. O, Oksfordda fəlsəfə, siyasət və iqtisadiyyat üzrə təhsil alıb. Stenford Universitetində isə nəinki MBA dərəcəsi alıb, həm də təhsil aldığı müddətdə Hindistanın ən zəngin adamlarından biri olan Narayan Murtinin qızı, gələcək həyat yoldaşı Akşata Murti ilə tanış olub”, - nəşr vurğulayır.
Təhsilini başa vurduqdan sonra Rişi Sunak ABŞ-nin “Goldman Sachs” bankında vı bu ölkədə bir neçə xedj-fondlarda və investisiya şirkətlərində çalışıb. Qəzetin yazdığına görə, Sunak Kaliforniyanın Santa Monika şəhərində 7 milyon dollar dəyərində penthaus sahibidir.
“Mənim həm Oksforda, həm də Stenforda böyük bağlılığım var. Hər ikisində oxumaq mənə qismət olub. Onlar mənim həyatımı və karyeramı formalaşdırdılar və mən öndəki aylarda və illərdə onların dünya səviyyəli tədqiqatlarına töhfə verməyi səbirsizliklə gözləyirəm”, - “The Daily Telegraph” Rişi Sunakdan sitat gətirib.
Qeyd edək ki, 2024-cü ilin iyulunda keçirilən seçkilərdə “Mühafizəkarlar” Partiyasının məğlubiyyətindən sonra Böyük Britaniyanın sabiq Baş naziri işlə bağlı planlarını bölüşmürdü.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Sunak universitetlər yarımştat