BMT rəhbəri Qəzzadakı atəşkəsə görə Trampa təşəkkürünü bildirib

BMT rəhbəri Qəzzadakı atəşkəsə görə Trampa təşəkkürünü bildirib
  22 Yanvar 2025    Oxunub:265
"ABŞ prezidenti Donald Trampın “güclü diplomatiyası” Qəzza zolağında atəşkəsin əldə olunmasında mühüm rol oynayıb".
AzVision.az xəbər verir ki, bu barədə BMT baş katibi Antonio Quterreş Davosda Ümumdünya İqtisadiyyat Forumunda etdiyi çıxışda danışıb.

“Danışıqlar uzandıqca uzanırdı. Və birdən hər şey baş tutdu. Hesab edirəm ki, bu prosesdə hələ o vaxt Birləşmiş Ştatların seçilmiş prezidenti statusunda olmuş (Donald Trampın) güclü diplomatiyası önəmli rol oynayıb.

İsrailin mövqeyi belə idi ki, onlar atəşkəslə bağlı razılaşmadan iki gün əvvəl heç nəyə razılaşmırdılar, amma sonradan qəfildən razılıq verdilər. Məncə biz, güclü diplomatiyanın bariz nümunəsini görmüş olduq, onun haqqını vermək lazımdır”,- deyə Quterreş bildirib.

Qeyd edək ki, Qəzzada HƏMAS-la İsrail arasında atəşkəs rejimi 19 yanvar tarixində Bakı vaxtı ilə 10:30-da qüvvəyə minib.

AzVision.az



Teqlər:





Xəbər lenti