Zelenski Trampla görüşə razı deyil - "Bloomberg"

   Zelenski Trampla görüşə razı deyil    - "Bloomberg"
  23 Yanvar 2025    Oxunub:356
Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evin yeni rəhbəri Donald Tramp və ya onun Ukrayna üzrə nümayəndəsi Keyt Kelloqla görüşə hələ ki, razılıq verməyib.
Ukrayna lideri bu barədə Davosda Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Bloomberg-ə müsahibəsində danışıb.

Zelenski: “Ukraynaya 200 min sülhməramlı lazımdır”
"Xeyr razılıq yoxdur. Cənab Kelloqun Ukraynaya gəlişi ilə bağlı planlaşdırılan tarix var idi. Səfər ləğv edildi. Amma bir şeyi dəqiq bilirəm ki, ABŞ rəsmilərindən ibarət heyət ölkəmizə gələcək",- Zelenski qeyd edib.

Eyni zamanda o, ABŞ nümayəndələrinin ölkəyə səfərinin mümkün tarixləri barədə də xəbərsiz olduğunu söyləyib.

Xatırladaq ki, dünən ABŞ prezidenti Moskvanı yumşaq şəkildə hədələmişdi. O, Kreml rəsmilərinin Ukrayna məsələsi ilə bağlı danışıqlar masasına əyləşməyəcəyi təqdirdə, Rusiyaya qarşı sanksiyaların genişlənəcəyi barədə xəbərdarlıq edib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Tramp  





Xəbər lenti